Pol Qogen | |
---|---|
fr. Paul Gauguin | |
Doğum adı | Eugène Henri Paul Gauguin |
Doğum tarixi | 7 iyun 1848[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 may 1903[3][4][…] (54 yaşında) |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, heykəltaraş, qrafika ustası[d], boyakar[d], rəssam-qravürçü[d], keramikaçı, illüstrasiyaçı[d], vizual incəsənət rəssamı |
Janrlar | portret[6][7], peyzaj[6], məişət janrı[7], natürmort[7] |
Stillər | postimpressionizm[8][9], Pont-Aven məktəbi[9], simvolizm[10], sintetizm, kluazonizm, impressionizm[9], Primitivizm[9] |
Tanınmış işləri | |
Təsir edib | Edvard Munk, Pablo Pikasso, Corcs Brake |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Qogen (fr. Paul Gauguin; 7 iyun 1848[1][2][…], Paris[5][4] – 8 may 1903[3][4][…]) — fransız rəssam, postimpressionizm və primitivizm cərəyanının nümayəndəsi.
Pol Sezan və Vinsent van Qoq ilə yanaşı postimpressionizmin ən böyük nümayəndəsi hesab olunur. Rəssamlığa 1870-ci illərdə həvəskar kimi başlamış, 1883-cü ildən peşəkar rəssam olmuşdur. Qogenin sağlığında onun əsərlərinə tələbat olmamış və o, kasıb bir həyat yaşamışdır.[11] Son dövrlərdə isə onun əsərləri çox yüksək qiymətləndirilir. Xüsusilə də, onun Nə vaxt evlənəcəksən? adlı əsəri dünyanın ən bahalı rəsm əsərlərindən biridir.